Xəbər lenti
Səddam Hüseynin müdafiəsi üçün iki prezident pul ayırıb - Şəkillər

Bu barədə Səddam Hüseynin vəkili Büşra Xəlil “RİA Novosti”yə açıqlamasında bildirib.
“Vəkillər komitəsinin xərclərinə gəlincə, prezident Qəddafi bu məbləği Əmmanda komitənin ofisində işlədiyi üçün Raqedə (Səddam Hüseynin qızı-red) bağışladı, prezident Əli Abdulla Saleh də həmçinin bu məbləği bağışladı”, - Xəlil bildirib.
İraqın öldürülən keçmiş liderinin qızı Raqed Hüseyn ABŞ-ın İraqda hərbi kampaniyasının başlamasından sonra İordaniyaya köçüb və burada Səddam Hüseyni məhkəmədə təmsil edən vəkillər komitəsinin koordinatoru olub.
“Əmmandan Bağdada biletləri xanım Raqed təmin edib, digərləri də öz ölkələrindən onun hesabına uçublar, otellərin xərcləri isə komitənin büdcəsindən ödənilib”, - vəkil əlavə edib.
Qeyd edək ki, bu gün - dekabrın 30-u ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra ölkədə mövcudluğu təsdiqini tapmayan kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə Səddam Hüseyni edam etməsinin 15-ci ildönümü tamam olur.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa hərbi müdaxiləsi 2003-cü ildə baş verib. Prezident Səddam Hüseyn beynəlxalq terrorizmlə mübarizə və kütləvi qırğın silahlarının axtarışı bəhanəsi ilə devrilib və edam edilib.
İraqın keçmiş lideri 6 aya yaxın amerikalılardan gizlənə bilib, lakin 2003-cü ilin dekabrında doğma şəhəri Tikrit yaxınlığında yaxalanıb. Xüsusi tribunalın ilk iclası 2004-cü ilin iyulunda baş tutub. Məhkəmə Hüseyni təqsirli bilib və 2006-cı il noyabrın 5-də asılaraq edam cəzasına məhkum edib. report
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar