Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Putinin ordusu” çalxalanır: 9 general istefaya getdi

Tarix: 15-02-2021 14:52     Baxış: 3179 A- / A+
“Putinin ordusu” çalxalanır: 9 general istefaya getdi

Rusiya Milli Qvardiyasını son zamanlar onlarla hərbçi tərk edib.

Manevr.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti yayıb. Məlumata görə, Milli Qvardiyanı tərk edənlərin əksəriyyəti qvardiyanın sabiq rəis müavini general-leytenant Sergey Mileykoya yaxın şəxslərdir.

Qəzet hazırda həbsdə olan Mileykonun cinayət işi ilə bağlı təhqiqatı İstintaq Komitəsinin tez bir zamanda bitirməyə çalışdığını yazıb. Səbəb isə mayın 10-da Mileykonun cinayət məsuliyyətinə cəlb edilməsi müddətinin başa çatmasıdır.

Mileykonun kariyerasının daha çox Milli Qvardiya rəhbərinin keçmiş birinci müavini, Dağıstanın hazırkı rəhbəri Sergey Məlikovla bağlı olduğu bildirilir. Məlikov Milli Qvardiyada son illər kadr siyasətini müəyyənləşdirən əsas şəxs olub. Bunun sayəsində Məlikov əsas rəhbər vəzifələrə onunla Şimali Qafqazda çalışanları gətirə bilib.

Məhz Məlikovla yaxınlığına görə son 1,5 ay ərzində Qvardiyanı 9 general tərk edib. Onlardan bəziləri təqaüd, bir qismi isə Qvardiyada aparılan yenidən təşkilatlanma adı altında istefaya göndəriliblər. İstefaya göndərilənlərin bundan sonra da Məlikovla çalışacağı gözlənilir. Bu siyahıda yer alan generallardan Sergey Çençikin Dağıstanda Məlikova hərbi məsələlər üzrə müavin gətirilməsinə cəhd olunsa da, Kreml buna izn verməyib. Lakin Məlikov general-mayor Boris Qonçovu Xəzər donanmasının mənzil qərargahının yerləşdiyi Dağıstanın ikinci böyük şəhəri Kaspiyskin rəhbəri edə bilib.

Qeyd edək ki, Milli Qvardiya 2016-cı ildə yaradılıb. Bəzi mətbuat orqanları bu hərbi birliyin şəxsən Putin hakimiyyətinin qorunması üçün yaradıldığını iddia edir.

Əslən ləzgi olan Məlikov 2020-ci ilin oktyabrında Dağıstana rəhbər təyin edilib. Onun Milli Qvardiyadan çıxarılmasından az sonra isə Məlikovun kadrı sayılan Mileyko mənimsəmə faktı ilə həbs edilib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar