Xəbər lenti
Qərbi Azərbaycan Respublikasının bayrağı təsdiqləndi - Qafar Çaxmaqlıdan açıqlama
Mühacir Qərbi-Azərbaycan (İrəvan) Respublikasının növbəti iclası keçirilib. İclasda elan olunmuş hökumətin dövlət bayrağı qəbul edilib və 4 iyul – Bayraq günü kimi təsdiqlənib.
Manevr.az xəbər verir ki, mühacir Qərbi Azərbaycan Respublikasının təşəbbüs qrupunun rəhbəri, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı musavat.com-a açıqlamasında xəbəri təsdiq edib.
Bayrağın simvollarına gəldikdə, Q.Çaxmaqlı deyib:
“Gördüyünüz kimi çağdaşlıq - qırmızı çoxdur və bu qırmızı həm də Qərbi Azərbaycan türklərinin faciələrinin miqyasını ifadə edir. Təbi ki, mavi rəng bu yerin insanlarının türk olmasının, yaşıl isə islamın simvoludur. Aypara və səkkizguşəli ulduz Azərbaycan Respublikasının bir parçası olduğuna işarədir”.
Q.Çaxmaqlı onu da bildirib ki, tanınmış ziyalı Yasəmən Qaraqoyunlunun rəhbərliyi ilə dövlət atributlarının yaradılması ilə bağlı komissiya fəaliyyət göstərir:
“Respublika elan olunandan bayrağın bir neçə variantı komissiyaya təqdim edilmişdi və uzun müzakirələrdən sonra indi elan etdiyimiz variantın üzərində dayandıq. Digər dövlət atributları üzərində də iş gedir. Müsabiqə elan olunub. Yaxın günlərdə gerb və himni də ictimaiyyətə təqdim edəcəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar