Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistadan anti-Rusiya isteriyası güclənir: ABŞ-dakı lobbi qruplar da hərəkətə keçib

Tarix: 02-07-2020 15:27     Baxış: 2304 A- / A+
Ermənistadan anti-Rusiya isteriyası güclənir: ABŞ-dakı lobbi qruplar da hərəkətə keçib


Ermənistanda anti-Rusiya isteriyası geniş vüsət almaqda davam edir.


Manevr.az xəbər verir ki, bunun növbəti misalı kimi rəsmi erməni telekanalında Rusiyada keçirilən Konstitusiyaya düzəlişlərlə bağlı referendumu işıqlandıran reportajda prezident Vladimir Putinə və onun siyasətinə qarşı çıxış edən Aleksey Navalnı ilə müsahibəsinin verilməsini göstərmək olar.

Rusiyanın Cənubi Qafqazda ən yaxın dostu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində mühüm strateji müttəfiqi sayılan Ermənistanda Navalnı kimi qatı rus müxalifətçisinə söz verilməsi, onun Konstitusiyaya düzəlişlərlə bağlı mövqeyinin təqdim edilməsi RF-nin hakim dairələrində kəskin əks-səda doğurdu. Hətta indiyə qədər Ermənistanı Rusiya KİV-ində mütəmadi müdafiə edən Kreml təbliğatçısı Vladimir Solovyov da “dost sayılan Ermənistanın nasist Navalnıya söz verməsi”ndən kəskin hiddətini ifadə edib.

Solovyovun Ermənistana aid tənqidi çıxışında “nasist” məfhumunun işlətməsini isə bu “forpost” ölkədə faşistlərin qəhrəmanlaşdırılması siyasətinin həmişə Rusiyanın diqqət mərkəzində olduğuna işarə kimi başa düşmək olar.

Maraqlıdır ki, bu ərəfədə ABŞ Konqresinin Nümayəndələr Palatası Donald Trampa zərbə vurmağa hazırlaşır. Bunun başında isə ermənipərəst konqresmenlər dayanır. Onlar Trampı Rusiya kartı ilə vurmaq niyyətindədir. Mövzunu şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Nümayəndələr Palatasının erməni təəsübkeşi olan Nensi Pelosi vaxt itirmədən Rusiyaya qarşı yeni və sərt sanksiyaların tətbiqinə çağırıb. Ona digər ermənipərəst konqresmen Bob Menendes dəstək verib. Menendesin hərbi büdcəyə qəbul etdirdiyi düzəliş Rusiya prezident Vladimir Putinə qarşı sanksiyaları nəzərdə tutub.

“Beləliklə, Pelosi-Menedes ikilisi Ağ Ev sahibi ilə yanaşı Rusiyanı və Vladimir Putini hədəf seçiblər. Bob Menendesin fəallığını Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peksov belə şərh edib ki, hazırda Vaşinqtonda anlaşılmayan çox hadisə baş verib.

Qəribə mənzərədir. Nensi Pelosi və Bob Menendes Ermənistanın Azərbaycan əleyhinə işğalçı siyasətini dəstəkləyirlər. Ermənistan isə Rusiyanın bölgədəki strateji müttəfiqidir. Nensi Pelosi və Bob Menendes eyni zamanda həm Ermənistanın dostu, həm də Rusiyanın düşmənidirlər. Eyni zamanda ermənipərəst konqresmenlərin dəstəyindən faydalanan Ermənistan amerikalı dostlarının Rusiyaya qarşı səlib yürüşünə səssizdir. Görəsən, Kremlin dəhlizlərində araşdıran varmı ki, Moskvanın siyasi, iqtisadi və hərbi dəstək verdiyi Ermənisanın Amerikadakı dostları niyə Rusiya əleyhinə qərarlar qəbul edirlər? Bəlkə buna görə Ermənistandan hesabat istənilməlidir?” , - deyə politoloq bildirib./yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar