Xəbər lenti
Ermənistanda koronavirus xəstəsi özünü xəstəxananın pəncərəsindən atdı

Ermənistanda koronavirus diaqnozu qoyulan qadın özünü xəstəxananın pəncərəsindən atıb.
Manevr.az-in məlumatına görə, bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Ali Nikoqosyan bildirib.
Hadisə Artaşat xəstəxanasında baş verib.
A.Nikoqosyanın sözlərinə görə, 55 yaşlı pasiyent iyunun 29-da koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İyunun 30-da isə o, özünü xəstəxananın 3-cü mərtəbəsindəki pəncərədən atıb. Bildirilib ki, hadisə yerində olanlar qadın-pasiyenti dilə tutub, ona təskinlik verməyə çalışsalar da, o, yaşamaq istəmədiyini deyib.
Hadisə nəticəsində həmin şəxs çoxsaylı sınıq xəsarətləri alıb və Yerevana aparılıb. Həkimlər onun səhhətinin ağır olduğunu bildiriblər.
Məlumata görə, həmin qadın əvvəllər də intihara cəhd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar