Xəbər lenti
Çindən uyğurlarla bağlı hesabata kəskin - Reaksiya
Rəsmi Pekin ABŞ-ın Çində insan hüquqları ilə bağlı hesabatını rədd edib.
Manevr.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan ABŞ-ın 2019-cu il üzrə Çində insan hüquqları ilə bağlı hesabatının və Dövlət katibi Mayk Pompeonun Çin dövlətinin Sincan Uyğur muxtar bölgəsi ilə bağlı siyasəti haqqında dediklərinin siyasi yalan və ideoloji mühakimələrlə dolu olduğunu bildirib.
ABŞ-ı Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağıran Çin XİN rəsmisi, hesabatdakı qeydlərin həqiqətə söykənmədiyini, köhnə ritorikanın təkrar edildiyini deyib.
O, Çin hökumətinin ölkədə insan hüquqlarının qorunmasına və təşviqinə böyük diqqət göstərdiyini, Çin Xalq Respublikası qurulandan bəri bu sahədə ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Qen Şuan Sincan məsələsinin Çinin daxili işi olduğunu, bura heç bir xarici qüvvənin müdaxiləsinin yolverilməz olduğunu qeyd edib.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar