Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ötən ay 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS AŞKARLANDI

Tarix: 07-11-2019 11:22     Baxış: 3258 A- / A+
Ötən ay 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS AŞKARLANDI


Bu ilin 10 ayı ərzində nikaha daxil olmaq üçün 116263 nəfər müayinədən keçib.

Bunu "Report"a Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

Direktorun sözlərinə görə, onlardan 3018 nəfərdə talassemiya daşıyıcılığı, 251 nəfərdə sifilis, 126 şəxsdə isə QİÇS aşkarlanıb:

"Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 39 olub.

Təkcə oktyabr ayı ərzində isə 12645 nəfərdə müayinə aparılıb. Müayinədən keçən 365 nəfərdə talassemiya daşıyıcılığı, 39 nəfərdə sifilis, 19 şəxsdə isə QİÇS aşkarlanıb: "Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 5 olub".

Z.Əlimirəzyeva qeyd edib ki, 2015-ci ildən indiyədək 616076 nəfərdə qan müayinəsi aparılıb: "21253 cütlükdən birində talassemiya daşıyıcılığı, 228 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 1979 nəfərdə sifilis, 581 nəfərdə HİV(QİÇS) qeydə alınıb".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar