Xəbər lenti
16 yaşlı qız dünya liderlərinə etirazını bildirdi: "Siz mənim xəyallarımı və uşaqlığımı oğurladınız"
İsveçdə ekoloji sistemin fəallarından biri olan məktəbli, çıxışı ilə hərkəsi təəccübləndirib.
Manevr.az xəbər verir ki, hadisə BMT-nin "İqlim Sammiti"nin açılışında baş verib.
Belə ki, gənc fəal QretaTunberq mikrofon arxasına keçərək hakimiyyətin iqlimi qorumaq üçün yetərincə mübarizə aparmadığını qeyd edib. Emosional çıxışı zamanı Qreta siyasətçiləri "satqın" adlandıraraq, gəcələk nəslin onları bağışlamayacağını vurğulayıb.
"Bu doğru deyil. Hazırda, mən burada yox, ölkəmdə, məktəbimdə olmalı idim. İndi isə siz bizə, gəncələ ümid bəsləyirsiniz? Siz buna necə cürət edə bilirsiniz axı? Siz, boş sözlərinizlə mənim xəyallarımı, uşaqlığımı oğurladınız! İnsanlar əzab çəkir, insanlar ölür... Ekoloji sistem get-gedə məhv olur. Sizin isə barəsində danışdığınız tək şey pul və iqtisadi inkişaf haqda nağıllardır. Gələcək nəsil sizi izləyir. Siz bizi aldatsanız, biz bunu bağışlamarıq. Dünya dərin yuxudan ayılır! Siz istəsəniz də, istəməsəniz də, dəyişikliklər baş verəcək!" - deyə, Tunberq bildirib.
Qeyd edək ki, daha öncə, 16 yaşlı fəal əlinə piket alaraq parlament binasinin qarşısında bir nəfərlik etiraz aksiyası keçirib. O, siyasətçilər iqlimlə bağlı Paris müqaviləsindəki qaydalara uymayana kimi məktəbə getməyəcəyini bildirib. Daha sonra, Qretanın aksiyasına dünyanın fərqli nöqtələrindən məktəblilər qoşulub. Hazırda Qreta Nobel Mükafatına namizəddir. Lakin, bəziləri onun, dünyanı qorumaq istəyən ekoloji sistemin fəalı yox, kommersiya məhsulu olduğunu düşünür.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar