Xəbər lenti
Putin Kadırovun sözlərini qəbul etmədi
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun dünyanın ən gözəl məscidi ilə bağlı fikirləri ilə razılaşmayıb.
Manevr.az xəbər verir ki, bu barədə Kremlin Kadırov və Putin arasında baş tutan görüşlə bağlı məlumatında qeyd edib.
Bildirilib ki, Putin Kadirovdan Çeçenistanın Şali şəhərində açılan məscidin həqiqətən də dünyanın ən böyük məscidi olub-olmamasını soruşub. Çeçen lider isə Məhəmməd Peyğəmbərin adını daşıyan məscidin həm ən böyük, həm də ən gözəl məscid olduğunu söyləyib.
Putin isə Kadırovla razılaşmayaraq, ən gözəl məscidin Sankt-Peterbuqda yerləşən məscid olduğunu bildirib.
Çeçen lider isə Putinin bu sözündən sonra "Sizinlə mübahisə etməyəcəyəm, Vladimir Vladimiroviç",- deyə cavab verib.
Qeyd edək ki, avqustun 23-də Çeçenistanın Şali şəhərində Avropanın ən iri məscidi istifadəyə verilib. Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar