Xəbər lenti
Paşinyan Trampla görüşə bilmədiyi üçün səfirə əsəbiləşdi
b]Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xaricdəki səfirlərinin işini bəyənmir.[/b]
"Qraparak" nəşri yazıb ki, N.Paşinyan xüsusən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyanın fəaliyyətindən narazıdır.
Nəşrin məlumatına görə, Paşinyan avqustun 27-də Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib ki, səfirlər ölkə iqtisadiyyatı üçün heç bir iş görmürlər.
"Səfirlər nə investisiya cəlb edirlər, nə də digər dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirirlər",-deyə Baş nazir bildirib.
O, Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyana qəzəblənib. Nəşrin mənbəsi bildirib ki, buna səbəb səfirin Paşinyanın ABŞ rəhbərliyi, xüsusilə də Prezident Donald Tramp və ya dövlət katibi Mayk Pompeo ilə görüş təşkil edə bilməməsidir.
Qeyd edək ki, Ermənistanın yeni hakimiyyəti hələ də ABŞ rəhbərliyi ilə görüşməyib. N.Paşinyan və Xarici İşlər naziri Zohrab Mnatsakanyan bir neçə dəfə ABŞ rəhbərliyi ilə görüşə cəhd etsə də, qarşı tərəf buna məhəl qoymayıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar