Xəbər lenti
Bu ölkə tarixi ərzində ilk dəfə neft ixrac etdi
Keniya ölkə tarixində ilk dəfə dünya bazarına xam neft çıxararaq neft ixracatçıları qrupuna daxil olub.
"France-Press" informasiya agentliyi xəbər verir ki, Keniya Prezidenti Uhuru Kenyatta neftlə dolu ilk tankerin yola salınması ilə əlaqədar Mombas limanında keçirilən təntənəli mərasimdə çıxış edərək bu hadisəni ölkə tarixində dönüş nöqtəsi adlandırıb. Dövlət başçısı, həmçinin göyərtəsində 200 min barrel neft daşıyan tankerdə milli bayraq qaldırıb.
Keniya neftinin ilk partiyası beynəlxalq hərracda Çin kompaniyası tərəfindən 12 milyon dollara alınıb və emal olunması üçün Malayziyaya yola salınıb.
Qeyd edək ki, Keniyada ilk neft yatağı 2012-ci ildə Lokiçar vadisində aşkarlanıb. Yatağın ehtiyatları 560 milyon barrel həcmində qiymətləndirilir. Hazırda ölkədə sutka ərzində 80 min barrel xam neft hasil olunur. Bununla yanaşı, yeni geoloji tədqiqatlara əsasən, Lokiçar Keniyanı şimaldan cənuba kəsən Böyük rif vadisi üzrə yerləşən nəhəng neft vilayətinin bir hissəsi ola bilər./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar