Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Avtomobillərin olmadığı kurort şəhəri

Tarix: 27-08-2019 08:55     Baxış: 4192 A- / A+
Avtomobillərin olmadığı kurort şəhəri


Almaniyanın Şimal dənizi akvatoriyasında bu ölkənin tərkibinə daxil olan 6 adadan biri də Yust adasıdır. Onu bəzən Friz adası da adlandırırlar. Yust "Aşağı Saksoniya dayaz dəniz sahəsi" milli parkının ərazisində yerləşir.

Manevr.az bildirir ki, AZƏRTAC-ın bu kiçik arayışında almanların və əcnəbi turistlərin sevimli istirahət məkanlarından biri olan bu ada haqqında məlumat verilir. Məsələ orasındadır ki, bu adada avtomobillər olmadığından sakitliyi sevən turistlər burada əsl cənnətə düşürlər. Maraqlıdır ki, hətta at faytonları belə adada piyadaların sürətinə uyğun hərəkət etməlidir. Hər il Yust adasında 130 mindən çox turist təxminən iki həftə müddətində istirahət edir.

Adanın maksimum eni 1 kilometrdir. Bu unikal landşaft Şimal dənizinin digər kiçik adaları ilə birlikdə UNESKO-nun təbiət abidələrinin Dünya İrsi siyahısına daxil edilib.

Bu regionun digər dəniz kurortlarında da avtomobil nəqliyyatının hərəkəti qadağan edilib və ya məhdudlaşdırılıb. Onların arasında Baltrum, Gelqoland, Langeoq, Şpikeroq və Vangeroq adaları var.

Bir sözlə, əgər siz gərgin əmək fəaliyyətindən sonra Almaniyanın rahat guşəsinə çəkilərək dincəlmək istəyirsinizsə, onda Yust adası sizin üçün ideal istirahət məkanıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar