Xəbər lenti
Poçt qutularına qoyulan reklam vərəqələrinə görə vergi tətbiq ediləcək - Almaniyada
Zvikau şəhər şurasının maraqlı təşəbbüsü artıq Almaniyanın bir çox digər şəhərləri tərəfindən bəyənilib və ola bilsin, nümunə götürüləcək. Şəhərdəki poçt qutularının arzuolunmaz lifletlər və reklam xarakterli digər mətbu nəşrlərlə doldurulmasının sakinləri getdikcə daha çox qıcıqlandırdığına görə yerli hakimiyyət orqanları belə reklam məhsullarına qadağa qoymaq qərarına gəlib. Qadağanın tətbiqinin daha bir məqsədi kağız tullantıların toplanması sisteminə nəzarət etməkdir. Belə ki, onun üçün xərclər heç də başqalarının poçt qutularını öz reklamı ilə zibilləyənlərin üzərinə düşmür.
Yeni qanun öz kağız reklamını etiraz etməyən sakinlərin poçt qutularına qoymaqda israrlı istəyənlər üçün verginin tətbiq olunmasını da nəzərdə tutur.
Almaniyanın bir çox başqa şəhərlərinin sakinləri kimi, Zvikalulular da sözün həqiqi mənasında arzuolunmaz reklam poçtunun – jurnal, liflet, supermarket qəzetlərinin, mebel dükanlarının, digər pərakəndə satış satıcılarının, o cümlədən təmirdən tutmuş müəllimliyə qədər müxtəlif xidmətlər təqdim edən şəxslərin elanlarının içində itib-batıblar. “Reklam istəmirəm!” sözlərinin yazılması heç də həmişə kömək etmir.
Zvikaou meriyasının tullantıların utilizasiyasına cavabdeh olan əməkdaşı Tomas Milner Azərtac-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Biz məntiqi dəyişdirmək istəyirik. Şəhərdəki hər bir poçt qutusu arzuolunmaz reklamdan qorunmalıdır. Yalnız öz poçt qutusunda bu və ya digər reklam materialını almağa etiraz etməyən sakinlər istisna təşkil etməlidir. Əgər bu sistem işləsə, onda Avropa İttifaqında bir yenilik olacaq. Reklam poçtuna etiraz etməyən şəhər sakinləri isə həmin reklamı internet vasitəsilə almağa təşviq olunacaq. Bu da bizim makulaturanın toplanması və onun emalı xərclərimizə qənaət edəcək”.
Məmur vergi məsələsinə də toxunaraq deyib: “İndiyədək şəhərin reklam sektoru makulaturanın toplanmasının xərclərinə deyil, onun emalının xərclərinə öz töhfəsini verib. Halbuki makulaturanın toplanması da xərc tələb edir. Bu vergi bizə xərclərin bir hissəsinin yerini doldurmağa imkan verəcək, reklam sektorunu isə yaydığı materialların sayı barədə daha düşüncəli olmağa sövq edəcək”.
2018-ci ildə Zvikauda toplanmış tullantıların 15,9 faizini kağız və karton təşkil edib. Yəni hər bir sakinin payına təqribən 58 kiloqram belə tullantı düşüb. Hər gün şəhərin kağız tullantılardan təmizlənməsinə 29 zibil maşını cəlb olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar