Xəbər lenti
Zelenski Kiyevdə tanınmış azərbaycanlı ilə görüşdü
Ukraynanın müstəqilliyinin 28-ci ildönümü münasibətilə avqustun 24-də Kiyevdə keçirilən rəsmi tədbirə ölkənin Prezient Administrasiyasının dəvəti ilə Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev də qatılıb.
BUAK-dan musavat.com-a verilən məlumata görə, tədbir çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskiy Rövşan Tağıyevlə görüşüb. Görüş zamanı R. Tağyev Ukraynada yaşayan etnik xaqların ölkənin ictimai-siyasi həyatında fəallığını xatırladaraq aparılan islahatlar çərçivəsində təkliflərini səsləndirib, prezidentlə etnik xalqları təmsil edən təşkilatların görüşünü təklif edib. V. Zelenskiy təklifi yüksək dəyərləndirərək tezliklə R. Tağıyevin təklif etdiyi etnik xalqların nümayəndələri ilə rəsmi görüş keçirəcəyini, təklifləri mütləq müzakirə edəcəyini bildirib.
Tədbir çərçivəsində R. Tağıyev Ukraynanın eks prezidentləri Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko və Pyotr Poroşenko ilə də görüşüb. Eks prezidentlər R. Tağıyevə Ukrayna uğrunda gördüyü işlər üçün minnətdarlığını bildiriblər. Tədbirdə R. Tağıyev ABŞ Dövlət Departamentinin Ukraynada rəsmi təmsilçisi Kurt Volkerlə də Ukraynadakı sitüasiya ilə bağlı müzakirələr aparıb, ona ölkə üçün etdiyi diqqətə görə təşəkkür edib. Bir gün əvvəl avqustun 23-də keçirilən ölkənin Bayraq Günü ilə bağlı mərasimdə isə Kiyev meri Vitali Kliçkonun təşkilatçılığı ilə Rövşən Tağıyevin hazırladığı 150 metrlik Ukrayna bayrağının təntənəli təqdimatı olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar