Xəbər lenti
Gec qocalmağın 6 SİRRİ - Yaşlanmaq istəmirsinizsə, OXUYUN!
Bir çox qadın var ki, onlar yaşlandıqca sanki heç qocalmırlar. Dəriləri təmizdir və göz kənarlarındakı mimik xətləri çıxmaq şərtilə üzlərində qırışları demək olar ki, yoxdur. Hər birinin cavanlıq sirri müxtəlifdir.
Eyni zamanda ümumi nələrsə var. Hansısa əsas prinsipləri...
Manevr.az bu yazıda qadınları cavan saxlayan əsas qaydalarla tanış edir.
Birinci qayda: Qidalanmaya nəzarət edin
Cavan qalmaq üçün ilk növbədə bağırsaqlarınız saat kimi işləməlidir. Qəbizlik orqanizmin zəhərlənməsi və dəri rənginin solması deməkdir. Şərq təbabətinə əsasən nazik bağırsaqlar orqanizmin kökləri sayılır. Əgər ağacın kökləri möhkəmdirsə, onda müvafiq olaraq ağac çiçəklənir və o, daha gözəl olur. Ağacın kökləri rütubətli olduqda isə təravətini itirir, solmağa başlayır. Eyni qayda bağırsaqlar üçün də keçərlidir.
Bağırsaqların fəaliyyəti normal və sağlam olarsa, müvafiq olaraq, orqanizm də sağlam işləyəcək və insan ömrü uzunacaq. Bağırsağın sağlamlığı isə əlbəttə ki, yeməkdən asılıdır: Təzə tərəvəz və meyvələr, təmiz su, az yağlı xəmir, salatlar və sıyıq, həmçinin səhərlər çobanyastığı çayı dərinin gözəl qalmasına çox kömək edir.
Su haqqında: Dərinin vəziyyəti, aktivlik və bədəninin qaməti içdiyimiz suyun kəmiyyət və keyfiyyətindən xeyli dərəcədə asılıdır. İnanmırsınız? Bunu sübut etmək asandır.
Dərinin epidermis qatında zülal lifləri - cavanlaşdırıcı qabiliyyətə malik kollagenlər var. Suya düşən zaman onların həcmi artır. Qabarmış kollagen daxildən dərinin təzyiqini artırır ki, bunun sayəsində qırışlar yox olur və ya azalır.
Dərinin hamarlığı bu prosesdən asılıdır. Odur ki, çəkinizə müvafiq olaraq hər gün su içmək - dərinin cavanlığını saxlamaq və bir çox sağlamlıq problemlərinin yaranmasının qarşısını almaq və ya həll etməyin ən əlverişli üsuludur. Su orqanizmi oksigen və həyat enerjisi ilə dolduracaq. Və tezliklə siz üzünüzdə (sözün əsl mənasında) nəticəni görəcəksiniz: dəriniz hamar, parlaq və yumşaq olacaq.
İkinci qayda: Möhkəm yuxu
Doyunca yatmamaq dəri və saç gözəlliyinin ən qəddar düşmənidir! Gün ərzində 8 saat yatmağa çalışın. Yuxu haqqında aparılan araşdırmalar da göstərib ki, gecələr tez yatan insanların dərisi daha cavan qalır.
Möhkəm yuxu insana Allahın qiymətli hədiyyəsidir. Yuxu qiymətli vaxtının itkisi deyil, o orqanizmin gümrah qalmasını və sağlam olmasını təmin edən prosesdir. Yuxudan sonra bədən rahatlaşır, mənən təmizlənir, əlavə emosiyalar, gərəksiz məlumatlar silinir və yalnız faktlar yadda qalır.
Üçüncü qayda: Təmiz hava gözəlliyin dostudur!
Əgər siz bütün gün ofisdə oturaq vəziyyətdə çalışırsınızsa, heç olmasa bir neçə dayanacaq evə piyada gedin. Pəncərənin nəfəsliyi də daim açıq olmalıdır, qışda isə otaqların havasını tez-tez yeniləyin. İstirahət günlərində açıq havada çoxlu gəzin. İnsanın özünü həm mənəvi, həm də fiziki baxımdan yaxşı hiss etməsi üçün bir saatda təxminən otuz kubmetr təmiz hava qəbul etməlidir.
Gözəllik və cavanlığın daha bir mühüm sirri hamamdır. Bizim dərimiz canlı orqanizmdir, orqanizmdə isə toksinlər yığılır və biz daim bu elementləri bədəndən təmizləməliyik. İnsan bədənindəki toksinlər dəri vasitəsilə böyrəklərdən 3 dəfə çox xaric olmalıdır. Buna isə buxar hamamı vasitəsilə nail olmaq olar.
Bununla yanaşı bəzi mütəxəssislər sabunla yox, qarğıdalı unu ilə yuyunmağı məsləhət görürlər. Lakin bu zaman çox qaynar su istifadə etmək olmaz.
Dördüncü qayda: Vitaminlər!
Vitaminləri haradan əldə etmək lazım olduğunu deməyə ehtiyac yoxdur. Qış menyusuna meyvə quruları daxil edin. Suya şəkər əlavə etmədən quru meyvələrdən qışda kompot hazırlayın, səhərlər isə yulaf yarmasına qaysı qurusu və kişmiş əlavə edin. Həmçinin mütəmadi olaraq itburnu şirəsi için, onun dadı turşməzə olmalıdır, yalnız onda bədənə kifayət qədər vitamin daxil olacaq.
Mütəxəssislər cavanlığı qoruyan "möcüzə-məhsulları" siyahısına bunları daxil edib: Lobya və qarağat, brokkoli, yulaf, portağal, balqabaq, soya, qızıl balıq, ispanaq, qara və yaşıl çay, pomidor, hinduşka əti, qoz və yoqurt. Pəhrizin nəticə verməsi üçün bütün sadalanan məhsullardan həftədə 4 dəfə yemək lazımdır.
Beşinci qayda: Daxili harmoniya və ruhun vəziyyəti
Gənc qalmaq istəyirsinizsə, pis hisslərdən uzaq olmalısınız. Bu qayda digərlərindən qat-qat önəmlidir. Əgər cavanlığınızdakı kimi zarafat etməyi və gülməyi yadırğamamısınızsa, xeyirxahsınızsa və heç kimə paxıllıq etmirsinizsə, sevdiyiniz iş və məşğuliyyətləriniz varsa, qocalanda sizin simanız gözəl və nurlu qalacaq. Odur ki, plastik əməliyyatlar lazım olmayacaq!
Altıncı qayda: Qadının yaşını onun boynu və əlləri ələ verir
Əllərin qayğısına qalmaq haqqında biz nədənsə tez-tez unuduruq. Onların görünüşünə vərdiş edirik, lakin zaman keçdikcə dəridə qırışlar həddindən artıq açıq-aşkar görünməyə başlayır və ləkələr əmələ gəlir. Temperaturun dəyişməsindən əllərin dərisi daha çox əziyyət çəkir, nəinki qoruyucu və tonal kremlərlə örtülmüş yanaqlar. Ev işlərini əlcəksiz görmək əllərin dərisini bir az da zədələyir.
Sonda sizə cavanlıq cövhərinin reseptini təqdim edirik. Hesab olunur ki, bu resept həqiqətən də hüceyrələri gənc saxlayır.
200 qr çobanyastığı, 100 solmaz çiçəyi, 100 qr qaxotu və 100 qram tozağacı tumurcuqlarını qarışdırın. Qarışıqdan 1,5 xörək qaşığını götürüb yarım litr qaynar suda dəmləyin. Bir çay qaşığı bal əlavə edib axşam yatmazdan əvvəl və səhər yeməkdən yarım saat əvvəl bir stəkan için.
Müalicə kursunu bir ay ərzində davam edin. Onu bir də 1 ildən sonra təkrarlamaq olar.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar