Xəbər lenti
Körpələrini veqan olaraq qidalandıran cütlük 18 ay həbs cəzasına məhkum edildi

Avstraliyada yaşayan bir cütlük körpələrini veqan məhsullar ilə qidalandıraraq "uşaqlarının zəif qidalanmasına"səbəb olduqları üçün 18 ay həbs cəzasına məhkum ediliblər.
Metbuat.az xarici mediaya istinadla bildirir ki, məhkəmə qeydlərinə görə, 4 kiloqram 890 qram olan 19 aylıq qız uşağı 3 aylıq körpə kimi görünürdü. Protein çatışmazlığı yaşayan uşağın dişləri də hələ çıxmayıb.
Sidneydə aparılan məhkəmə işində hakim cütlüyü məsuliyyətsiz davranaraq uşaqlarını uyğun olmayan şəkildə qidalandırdığını və bunun körpənin inkişafına mənfi təsir göstərdiyini bildirib.
Əsasən yulaf, düyü, kartof kimi qidalarla qidalanan körpənin 2018-ci ilin mart ayında vəziyyəti pisləşib. Həkimlərin sözlərinə görə, körpə xəstəxanaya gətirildikdə dodaqları göyərmiş, qan şəkəri aşağı düşmüş və əzələləri elastikliyini itirmişdi.
Hazırda 3 yaşında olan kiçik qız hadisədən sonra ailəsindən alınaraq sosial xidmətlər qurumuna verilmişdi.
Körpənin baxıcısı may ayında verdiyi açıqlamada körpənin hələ də danışa, otura və tək başına yemək yeyə bilmədiyini bildirmişdi.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar