Xəbər lenti
İranlı gəncdən Xamneyinin önündə sensasion çıxış
İranlı gəncin Ali Rəhbər Ayətullah Əli Xamneyi ilə görüşdə hökuməti tənqid etməsi sensasiya doğurub.
Manevr.az xəbər verir ki, İranın voleybol üzrə milli komandasının üzvlərini qəbul edən Ali Rəhbər söz demək istəyən gəncə fikirlərini bildirməsi üçün icazə verib. Gənc hökuməti tənqid edərək diqqətə çatdırıb ki, istedadlı gənclər ölkəni tərk etmək istəyirlər. Onların inkişafı üçün heç bir şərait yaradılmır. İqtisadi vəziyyətin ağırlığı və inzibatçılıq xarici ölkələrdə keçirilən tədbirlərə qatılmaq imkanı vermir. Ölkədə baş verən haqsızlıq və ədalətsizlik gənclərin ümidsizliyə qapanmasına səbəb olub.
Gəncin fikirlərini diqqətlə dinləyən Ali Rəhbər deyib ki, sizin fikirlərlə razılaşmaq olar. Amma ümidsizliyə qapanmaq vaxtı deyil. Vaxtı ilə İran ümidsizlik içində idi və xalqın mübarizəsi bu ümidsizliyə son qoydu. İran inkişaf edib bu səviyyəyə çatıb ki, siz burada öz fikirlərinizi sərbəst şəkildə ifadə edə bilirsiniz. Əli Xamneyi qeyd edib ki, gəncin bütün fikirləri nəzərə alınacaq. Gənc görüşün sonunda Ali Rəhbəri qucaqlayaraq onunla görüşüb dərdini demək arzusunun yerinə yetdiyini deyib.
Xatırladaq ki, bu günə kimi İranda Ali Rəhbərin qəbulunda belə çıxış olmamışdı. İranın Ali Rəhbərini tənqid etmək qanunla qadağandır. Lakin İran mətbuatı prezidenti və nazirləri tənqid edə bilər. Bu gənc də qanundan kənara çıxmayaraq yalnız hökuməti tənqid edib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar