Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Məşhur sima ölü bir qadına aid imiş – Ürküdücü fakt

Tarix: 20-08-2019 09:51     Baxış: 3116 A- / A+
Məşhur sima ölü bir qadına aid imiş – Ürküdücü fakt


Gündəlik həyatımızda qarşımıza çıxan nəsnələr, şəkillər və rəsmlərin ürküdücü bir tarixi ola bilir. "L'Inconnue de la Seine"("Sena çayının məchul qadını") adıyla tanınan bir gənc qadının intiharından sonra üzündən çıxarılan maska da bunlardan biridir.

Manevr.az teleqraf.com-a istinadən intiharından uzun illər keçməsinə baxmayaraq, günümüzdə hələ də müzakirə mövzusu olan olay haqda ilginc faktları təqdim edir.

XXI əsrdə yaşamağımıza rəğmən, bəzi nəsnələrin uğursuz olduğuna və mənfi enerji yaydığına inanılır. Buna inanılmasının səbəbi isə çox vaxt bu nəsnələrin qorxunc bir olayın mərkəzində olmasıdır. Ötən əsrin əvvəllərində baş verən və o dönəmdən bu günədək populyar bir sənət nümunəsinə çevrilən "L’Inconnue de la Seine" də bunlardan biridir.

Bu maska forması intihar edən bir qızın simasını daşıyır.

1880-ci illərin sonunda Fransada Sena çayından bir qadının meyiti çıxarıldı. Öləndə 16 yaşından böyük olmadığı məlum olan qadının cəsədini yaran patoloq bunun bir intihar olduğunu dedi.

Gənc qadının üzündəki məsum ifadə patoloqun diqqətini çəkmişdi. Çünki ölməsinə baxmayaraq, simasında insana müsbət enerji ötürən bir gülümsəmə vardı. Bundan sonra patoloq qadının simasının maskasını hazırladı. Maska o qədər çox bəyənildi ki, bir çox nüsxəsi hazırlandı.

"L’Inconnue de la Seine" adıyla tanınan bu maska bir çox sənətkara şeirləri və rəsmləri üçün ilham mənbəyi oldu. Fransız yazıçı Alber Kamyu qadının gülüşünü "Mona Liza"nın gülüşü ilə müqayisə etdi, "L’Inconnue de la Seine"ni "Boğulmuş Mona Liza gülüşlü" adlandırdı.

"L’Inconnue de la Seine’" fransız dilində "Sena çayının məchul qadını" mənasını verir. Maska illərdir bir çox insanın evində sənət nümunəsi kimi yer alır. "Sena gözəli"nin siması eyni zamanda, ilk yardım təlimlərində istifadə olunan CPR manekenlərində istifadə olunur.

Günümüzdə isə bu maskaların satışı hələ də davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar