Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar

Tarix: 20-08-2019 09:15     Baxış: 3154 A- / A+
Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti yeni tədris ilinin başlaması ərəfəsində məktəblilərin çanta ağırlığı ilə bağlı qərar qəbul edib.

Federal Xidmət apardığı araşdırma zamanı məktəblilərin çantasının ağır olduğunu aşkara çıxarıb.

Rusiyalı mütəxəssisləri hesab edir ki, 1-ci və 2-ci sinif şagirdlərinin kürək çantasının çəkisi 1,7 kq-dan, 3-cü və 4-cü sinif şagirdlərinin kürək çantasının ağırlığı ilə 2,2 kq-dan çox olmamalıdır. Bu qayda onların sağlamlığı üçün təhlükəsiz hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, 9-11-ci sinfə qədər olan məktəblilərin çantasının ağırlığı maksimum 4 kq-a qədər ola bilər. Federal Xidmət üzvləri bildirib ki, ümumiyyətlə, məktəblinin çantasının ağırlığı 4 kq-ı keçməməlidir.

Belə ki, 5 və 6-cı sinif şagirdlərinin çantasının ağırlığı 2,5 kq-a qədər, 7 və 8-ci sinif şagirdlərinin çantasının ağırlığı isə 3,5 kq-a qədər olmalıdır.

Həmçinin yeni qaydalara əsasən, xüsusilə ibtidai sinif şagirdləri üçün dərslik olmadan çantanın çəkisi orta hesabla 700 qramdan, orta sinif üçün isə 1 kiloqramdan çox olmamalıdır.

Mütəxəssislər məsləhət görür ki, valideynlər uşaqlarına çanta seçərkən onun uşağın belinə tam uyğunlaşmasına və çantanın bel kəmərlərinin olmasına fikir versin.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar