Xəbər lenti
Moskvada ədalətli seçki çağırışı ilə yürüş, piketlər keçirilir
Moskvada təxminən 4 min insan qarşıdan gələn şəhər şurası seçkisinin ədalətli keçirilməsi tələbi ilə yürüş keçirib. Bundan əlavə bəzi müxalif və müstəqil namizədlərin seçkidə iştirakına icazə verilməməsini etiraz edən insanlar məşhur heykəllərin önündə təkbaşına piketlər keçirib.
Şənbə günü keçirilən aksiyalar son həftələrdə bu məsələ ilə əlaqədar baş tutan digər həftə sonu etirazlardan daha kiçik miqyaslı olub. Daha öncə iki icazəsiz nümayiş polis tərəfindən dağıdılıb, 2 mindən çox insan həbs olunub. Ötən həftə keçirilən icazəli nümayişdə isə 6 min insan iştirak edib. Bu, son illərdə keçirilən ən böyük etiraz olub.
Şənbə günü icazəli mitinq Kommunist Partiyası tərəfindən təşkil edilib. Tək başına piketlər isə bir nəfərin təşkil etdiyi nümayişlər üçün rəsmi icazənin alınmasına ehtiyacın olmadığını bildirən qanuna əsasən keçirilib.
Hələ ki, heç bir şəxsin həbs olunmadığı bildirilir."Amerikanın səsi"
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar