Xəbər lenti
Urmiya gölünün qurumasını önləyən ilginc plan: Türkiyədən…
“Urmiya gölünün qurumaması üçün Türkiyənin Van gölündən su çəkmək mümkündür”.
Manevr.az xəbər verir ki, bunu İranın ekologiya təşkilatının rəisi İsa Kələntəri deyib.
Kələntəri sözügedən məsələ ilə əlaqədar araşdırma apardıqlarını, Urmiya gölünü Van gölündən çəkiləcək kəmərlə doldurmağın mümkün olduğunu bildirib:
“Van gölünün suyu Urmiya gölünü qurumaq təhlükəsindən qurtara bilər. Van gölü Urmiya gölünə nisbətən 450 metr yüksəklikdə yerləşir, iki gölün arasında sadəcə 265 kilometr məsafə var.
Hazırda Van gölündə suyun səviyyəsi artıb. Gölün dərinliyi 350 metrdən çoxdur, bu vəziyyət hətta gölün dibində yaşayan canlıların həyatı üçün təhlükə yaradır”.
Ankara ilə müzakirələrin davam etdiyini bildirən İsa Kələntəri vurğulayıb ki, danışıqlar yekunlaşdıqdan sonra hər il 1 milyarddan 2 milyard kubmetrə qədər su Urmiya gölünə axıdıla bilər.
Bundan əvvəl Güney Azərbaycanın Urmiya şəhər şurasının araşdırmalar mərkəzinin rəisi Hüseyn Bəxşayişi də Van gölündən Urmiya gölünə su gətirilməsinin məqsədəuyğun olduğunu bildirmişdi.
Mütəxəssislərə görə, bu layihənin icra edilməsi üçün 1 il, Urmiya gölünün su ilə dolması üçün isə 3 il vaxt tələb olunur.
Türkiyə tərəfi sözügedən layihənin icra edilməsinə müsbət baxdığını elan edib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar