Xəbər lenti
Rusiya və Ukrayna bir-birlərinin diplomatlarını deportasiya etdi
Ukrayna hökuməti Rusiyanın Lvov Konsulluğundakı çalışan diplomatı deportasiya etdiyini açıqladıqdan sonra Rusiya tərəfi də Ukraynanın Sankt-Peterburq Konsulluğundakı bir diplomatı arzuolunmaz şəxs elan etdiyini bildirib.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı əvvəlcə Ukraynanın milli təhlükəsizlik orqanları açıqlama verib.
Bildirilib ki, Rusiyanın xüsusi kəşfiyyat orqanları Lvovdakı bir ukraynalı təqaüdçü hərbçidən ölkənin qərbindəki mülki, hərbi və polis təşkilatları haqqında məxfi məlumatlar alırmış. Sözügedən hərbiçinin bu məlumatları Rusiyanın Lvov Konsulluğundakı bir diplomata verdiyi qeyd olunub. Ukrayna hökuməti həmin diplomatın, konsulluqda işləyən xüsusi kəşfiyyat orqanlarının əməkdaşı olduğunu iddia edib və həmin şəxsi deportasiya etdiklərini açıqlayıb.
Ukrayna hökumətinin bu açıqlamasından sonra isə dünən axşam saatlarında Rusiya hökuməti Ukraynanın Sankt-Peterburq Konsulluğundakı bir diplomatını deportasiya edəcəklərini bildirib. Rusiyanın Xarici İşlər Nazirliyindən verilən bəyanatda Ukraynanın bu addımının provakasiya əhəmiyyəti daşıdığı, həmin diplomatın iddia edilən fəaliyyətləri yerinə yetirdiyinə dair heç bir əsasın olmadığı qeyd olunub.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar