Xəbər lenti
Atambayev çevrilişə hazırlaşıb, xüsusi təyinatlı onun silahı ilə öldürülüb - RƏSMİ İTTİHAM
Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev dövlət çevrilişinə hazırlaşıb.
“RİA Novosti” xəbər verir ki, bunu Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev mətbuat konfransında deyib.
“Mən bunu açıq şəkildə bəyan edirəm! Ona dövlət çevrilişini həyata keçirmək üçün qan tökmək lazım idi”, - o deyib.
O.Opumbayev qeyd edib ki, eks-prezident öz iqamətgahında toqquşmalara hazırlaşıb:
“Onun evində böyük silah anbarı, o cümlədən, snayper tüfəngləri, tapançalar tapılıb. Xüsusi təyinatlı Atambayevin evinə hücum edərkən eks-prezidentin silahı ilə öldürülüb”.
Xatırladaq ki, Qırğızıstanın xüsusi təyinatlı bölmələri avqustun 7-də A.Atambayevin saxlanılması üzrə əməliyyata başlayıb. Əməliyyat eks-prezidentin Koy-Taşdakı iqamətgahında aparılıb.
Hücum zamanı 136 nəfər xəsarət alıb, bir xüsusi təyinatlı həyatını itirib. A.Atambayev avqustun 8-də saxlanılıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar