Xəbər lenti
Ruslar hansı hadisələri daha vacib sayır? – Qarabağ beşinci yerdədir
“Levada-sentr” sorğu mərkəzi Rusiya vətəndaşları arasında “1989-cu ilin hadisələri arasında hansı hadisəni daha vacib hesab edisiniz” sualı ilə sorğu keçirib.
Manevr.az xəbər verir ki, rusların yarıdan çoxu (56%) sovet qoşunlarının Əfqanıstandan çıxarılmasını 1989-cu ilin ən vacib hadisəsi hesab etdiyini bildirib.
Rusların 24 faizinin fikrincə, Berlin divarının yıxılması, Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikası arasında sərhədin açılması 1989-cu ilin ikinci əlamətdar hadisəsidir.
Üçüncü yerdə SSRİ-də şaxtaçıların tətilləri (19%) dayanır.
Bununla yanaşı sorğuda göstərildiyi kimi, ruslar pensiyaların artırılmasını (18%), Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasını (15%), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov və ABŞ Prezidenti Corc Buşun ilk görüşünü (11%), SSRİ-nin müxtəlif şəhərlərində QİÇS-in yayılmasını (10%), Başqırdıstanda dəmiryol qəzasını (9%), akademik Andrey Saxarovun ölümünü və SSRİ Xalq Deputatları Sovetinə seçkiləri (hər biri 8%) 1989-cu ilin mühüm hadisələri hesab edirlər.
Sorğu 18-24 iyul 2019-cu il tarixlərində Rusiya Federasiyasının 50 subyektini əhatə edən 137 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1605 nəfər arasında keçirilib. Sorğu respondentlərin evində fərdi müsahibə üsulu ilə aparılıb.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar