Xəbər lenti
ABŞ-da müəmmalı şəkildə ölən pedofil-milyarder bir çox sirri də özü ilə apardı

Donald Tramp isə onun qəfil ölümünü Bill Klintonla bağladı
Xəbər verildiyi kimi, azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə, onları pul müqabilində varlı şəxslərə satmaqda suçlanaraq həbs olunan amerikalı milyarder Ceffri Epşteyn qaldığı təcridxanada ölü olaraq tapılıb.
Lakin milyarderin qəfildən keçinməsi hər kəsdə ciddi şübhələr oyadıb. Çünki onun qız uşaqlarını satdığı deyilən müştəriləri sırasında siyasət və iş dünyasının bir çox nüfuzlu şəxslərinin adları hallanırdı. Ceffri Epşteynin məhkəməsi isə həmin adamlar üçün əsl ifşaedici prosesə çevrilə bilərdi.
Məlum olduğu üzrə Ceffri Epşteynin vaxtilə yaxın dostluq etdiyi biznesmenlərdən biri də hazırkı ABŞ prezidenti Donald Tramp olub.
ABŞ prezidenti isə öz növbəsində hadisə ilə əlaqədar sui-qəsd ehtimallarını artıracaq yeni bir həmlə həyata keçirib.
ABŞ-ın dövlət başçısı qaradərili aktyor Terrens Uilyamsın Ceffri Epşteynin ölümünü keçmiş prezident Bill Klintonla bağlayan tvitterdəki yazısını retvit edib, yəni yenidən öz mikrobloquna qoyub.
T.Uilyams “Ceffri Epşteyn Bill Klinton haqqında informasiyaya malik idi, lakin hazırda o, ölüdür. Biz bilirik ki, bunları kim edib”, – deyə bir cümlə işlədib.
Qeyd olunur ki, pedofil milyarderin bir çox suallara cavab vermədən ölməsi hüquq-mühafizə orqanlarının da diqqətini çəkib. Artıq proseslə şəxsən baş prokuror Uilyam Barr və senatorlar maraqlanırlar.
Hazırda onun özünü asaraq intihar etməsi versiyası üzərində durulur. C.Epşteynin payız aylarında məhkəmədə ifadə verməsi gözlənilirdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar