Xəbər lenti
Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev istintaq orqanları ilə əməkdaşlıq etməkdən imtina edib.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" eks-prezidentin vəkili Sergey Slesaryevə istinadla məlumat yayıb.
O bildirib ki, Atambayev hüquqlarının pozulduğunu bəyan edir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs öz rəsmi nümayəndəsindən savayı, heç kimlə ünsiyyətə girmək istəmir.
Atambayev qeyri-qanuni hərəkətlərə görə istintaq komitəsinin üzvləri ilə belə danışmaq istəmədiyini deyib.
O, öz hüquqlarının bərpasını, Konstitusiya və Cinayət Məcəlləsi kodekslərinə əməl edilməsini tələb edib.
Xatırladaq ki, Almazbek Atambayev 2 gün əvvəl xüsusi xidmət orqanlarına təslim olub, onun avqustun 26-na kimi həbsdə qalacağı haqda qərar verilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























