Xəbər lenti
Atambayev saxlanıldı: yaralıların sayı 48-ə çatdı
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.
Bu barədə Prezidentin qərargahından məlumat verilib.
Qeyd edilir ki, bir neçə xüsusi təyinatlı Atambayevin evinə yaxınlaşıb, oradan atəş səsləri eşidilib. Əməliyyat zamanı 10 nəfərin yaralandığı bildirilib.
***
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Avqustun 7-də ölkənin sabiq prezidenti Almazbek Atambayevin tutulması üzrə Çuy vilayətinin Koy-Taş kəndində əməliyyat başlayıb. Atambayevin qərargahından onun tutularaq naməlum istiqamətə aparıldığını bildiriblər. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sabiq prezidentin iqamətgahının yerləşdiyi Koy-Taş kəndində ictimai qaydanın mühafizəsinə əlavə milis qüvvələri cəlb olunub. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində bir neçə nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.
Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.
***
A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində xəsarət alanların sayı 36 nəfərə çatıb.
***
Almazbek Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına hücum nəticəsində yaralananların sayı 48 nəfərə çatıb.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bişkek və Çuysk vilayətləri xəstəxanalarına 48 nəfər tibbi yardım üçün müraciət edib", - məlumatda qeyd olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar