Xəbər lenti
Türkiyədə doğulan azərbaycanlıya sənəd verilmir – MÜRACİƏT
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi fəal Kərim Əsgəri yeni doğulmuş oğlunun sənədlərini düzəltdirə bilmir.
O, bu barədə özünün facebook səhifəsində yazıb:
“Təxminən 47 gün əvvəl bir övladımız doğuldu. Ailədə 3 nəfər olduq. Həyat yoldaşım Azərbaycan Respublikasının vətəndaşıdır. Bu günə qədər oğlum Təbrizə doğum haqqında Şəhadətnamə, pasport ala bilmirik. Yoldaşımın bacısına etibarnamə versək də, sənədi almaq mümkün olmur. Azərbaycan Konstitusiyasının 52-ci maddəsinə əsasən bu sənədlər verilməlidir. Hər gün Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinə, konsulluğa, ASAN Xidmətə müraciət edirik. Lakin sənədimiz düzəlmir”.
Kərim Əsgəri bildirib ki, uşağın Bakıya gətirilməsi tələb olunur:
“İnsafsızlar əl boyda uşağı Bakıda görmək istəyirlər ki, o sənədləri versinlər. Soruşmaq istəyirəm: hansı insafa əsasən 50 günlük uşağı anasıyla bərabər və bu isdi havada Azərbaycana gətizdirmək istəyirsiniz? Bəs konsulluğun işi bu kimi problemləri həll etmək deyilmi? İki ayı tamam olmamış uşağın günahı nədir? Təbrizin anası hər gün sənəd işləri üçün səfirlik və Türkiyədə başqa dövlət idarələrinə gedir, uşaq isə ac susuz mənimlə qalır”.
Güneyli fəalın sözlərinə görə, sənəd olmadığından uşağı peyvənd etdirmək mümkün olmur.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar