Xəbər lenti
Putin artıq “erməni inqilabı”nı anlayır - Lukyanov

Rusiya rəhbərliyində belə fikir var ki, ötən il Ermənistandakı hakimiyyət dəyişikliyi daxili səbəblər ucbatından baş verib.
Manevr.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a müsahibəsində rusiyalı politoloq Fyodor Lukyanov deyib. Onun sözlərinə görə, hazırda Moskva İrəvanla arasında baş verən bütün gərginliklərdən bölgədəki başqa oyunçuların istifadə edə biləcəyini anlayır:
“Ermənistanda baş verənlər Rusiyada çoxlarına postsovet məkanının digər bölgələrında yaşanan hadisələri, rəngli inqilabları xatırladıb. Məhz buna görə Ermənistan hadisələri bəzilərində narahatlıq yaratdı. Rusiya prezidenti illər əvvəl demişdi ki, o, mühafizəkardır və ölkədə dominantlıq edən ideologiya konservatizmdir. Rusiya rəhbərliyinin anlayışına görə, konservatizm istənilən inqilaba qarşıdır. Lakin Kreml artıq anlayır ki, ölkədə baş verənlər həqiqətən daxili problemlərlə əlaqədardır və onun hərəkətverici qüvvəsi xarici yox, daxili qruplardır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar