Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbhə yeni aprel döyüşlərinə gedir – Ermənilər 3 əsgər itirdi

Tarix: 31-07-2019 10:05     Baxış: 3360 A- / A+
Cəbhə yeni aprel döyüşlərinə gedir – Ermənilər 3 əsgər itirdi


Ermənistanın apardığı destruktiv siyasət sayəsində Azərbaycanın aprel döyüşlərini təkrarlamaqdan baş yolu qalmır.

Bu barədə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Ermənistan silahlı qüvvələrinin sərhəddə Azərbaycana məxsus təcili yardım avtomobilini atəşə tutması nəticəsində yaranımış toqquşmanı şərh edərkən bildirib.
“Düzdür, aprel döyüşlərinə bənzər yeni döyüşlərdə də itkilər olacaq, amma Azərbaycanın başqa yolu qalmır. Görün, Ermənistan ordusu özünü nə qədər cəzasız hiss edir ki, sərhəd qoşunlarımıza məxsus təcili yardım avtomobillini atəşə tutur. Ona görə də onları susdurmuş sərhəd qoşunlarına xüsusi təşəkkür düşür. Qeyd etmək lazımdır ki, Qazax istiqamətində sərhəd mövqelərimiz yetərincə gücləndirilib”,- deyə Üzeyir Cəfərov bildirib.
Rusiyanın “Vestnik Kavkaza” portalının yazdığına görə, bəhs edilən sərhəd toqquşması zamanı Ermənistan ordusu 3 əsgərini itirib – 1995-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu Arman Bulqadaryan həlak olub, iki erməni hərbçisi isə ağır yaralanıb.
“Vestnik Kavkaza” bu məsələdə əsas günaşkarın Nikol Paşinyan və komandasının olduğunu bildirir. Məqalə müəllifi yada salır ki, Ermənistan baş naziri Nikol Paşinyan hələ müxalifətdə olarkən yazdığı “Yerin əks tərəfi” kitabında aran Qarabağından tutulmuş ərazilərin, yəni Ağdamın, Fizulinin, Cəbrayılın, Fizulinin və Qubadlının Azərbaycana qaytarılmasının vacibliyindən bəhs etdiyi və bunun hesabına hakimiyyətə gəldiyi halda, indi tam tərsinə fəaliyyət göstərir, Qarabağın ilhaqı istiqamətdə bəyanatlar səsləndirir. Yəni bir vaxtlar münaqişənin Madrid prinisipləri çərçivəsində həllinin tərəfdarı olan Npikol Paşinyan daxili siyasətdə Qarabağ klanının zərərsizləşdirmək üçün inqilab günlərdə verdiyi vədlərin tam əksinə fəaliyyət göstərir. Bu isə Azərbaycan tərəfindən yaxşı qarşılanmır və adekvat cavab alır.
Erməni mətbuatını izlədikdə, Qazax sərhəd zastavasında baş vermiş hadisənin bu ölkədə ciddi təşviş yaratdığını görmək olur. Ermənistanda dərc olunan “ArmenianReport” portalı Azərbaycanın atdığı cavab addımını nəinki Ermənmistanın, həm də onun daxil olduğu KTMT hərbi blokunun yediyi şillə zərbəsi kimi dəyərləndirib. Portal bütün günahları əsas strateji tərəfdaşlarında – Rusiyada görüb – sən demə, Moskva Ermənistanı lazımi səviyyədə müdafiə etmirmiş.
Hərbi ekspert Üzeyir Cəfərov isə ermənilərin əsas təşvişini bu şilləni Azərbaycanın sərhəd qoşunlarından yemələri ilə əlaqələndirir: “İndiyə kimi onlar düşünürdülər ki, Azərbaycanın sərhəd qoşunlarının təmas xətti döyüşlərində təcrübəsi azdır. Halbuki, Azərbaycan ordusunun 2016-cı ildə baş vermiş aprel döyüşlərində , konkret olaraq Lələtəpə istiqamətində qazandığı uğurlarda general Elçin Quliyevin də böyük xidməti olub. Fikrimcə, Müdafiə Nazirliyinin birləşmələrin də qoşunların təmas xəttində bu cür davranmalı, ermənilərə düşmən torpağında çağrılmamış qonaq olduqlarını, gec-tez buraları tərk etməli olacaqlanrını tez-tez xatırlatmalıdır. Əks halda, ermənilər nəyin bahasına olursa-olsun, danışıqlar prosesini sonsuza qədər uzatmağa çalışacaqlar”,- deyə Üzeyir Cəfərov vurğulayıb. /İstiPress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar