Xəbər lenti
Kikabidze: Putin Tiflisi diz çökdürmək istəyir
Rusiyanın Tiflisə qarşı son sanksiyaları Gürcüstanı diz üstə çökdürmək cəhdidir.
Manevr.az xəbər verir ki, bunu “Krım.Realiyi” saytına müsahibəsində məşhur müğənni Vaxtanq Kikabidze deyib.
“Putin yenidən Gürcüstana hava yolunu bağladı, gürcü şərabından imtina etdi (Rusiya gürcü şərabına qadağa qoymayıb – red.). Belə təəssürat var ki, o, bizi diz üstə çökdürmək istəyir. Artıq hər kəs bilir və anlayır ki, onlardan yaxşı heç nə gözləmək olmaz. Mən xalqı nəzərdə tutmuram. Mən Kremli, onun siyasətini nəzərdə tuturam. Gürcüstan əhalisi arasında antirusiya əhval-ruhiyyəsi anlaşılandır. Burada Gürcüstan-Rusiya müharibəsini xatırlayırlar”, – deyə o bildirib.
Kikabidze müsahibə zamanı Cənubi Osetiyanın əslində niyə işğal olunmasına aydınlıq gətirib:
“Rusiyada nədənsə düşünürlər ki, Abxaziya ayrıca respublikadır. Abxaziya Kaxetiya və İmeretiya kimi, Gürcüstan regionudur. Mən hətta bununla bağlı bir dəfə Yevgeni Maksimoviç Primakovdan soruşdum. Mən dedim: “Rusiyaya niyə Cənubi Osetiya lazımdır?” O isə mənə cavab verdi: “Abxaziyanı unutmaq üçün”. Biz bir-birimizi yaxşı tanıyırdıq. Onları işğalçı adlandıranda Kreml çox qıcıqlanır, amma bu belədir və bundan heç yerə qaça bilməzsən”.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar