Xəbər lenti
Prezidentin ölümü barədə xəbər yayan 3 nəfər saxlanılıb
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı xəbər yaymaqda şübhəli bilinən azı 3 nəfər tutulub.
Saxlanılanların hamısı Türkmənistan vətəndaşlarıdır.
Lakin onların adları açıqlanmayıb.
Türkmənistan polisi və təhlükəsizlik qurumları paytaxt Aşqabadda və bölgələrdə dövlət başçısı Q.Berdiməhəmmədovun səhhətinin ağır olması və ya ölümü haqqında yalan məlumatların yayılmasına qarşı mübarizə məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.
Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də “You Tube”də yayılıb. İyulun 25-dək prezident ictimaiyyət arasında görünməyib.
İyulun 25-də o, televiziyaya çıxıb. Prezidentin ölüm xəbərini hazırda İsveçdə yaşayan türkmən yazıçısı Akməhəmməd Velsaparov yayıb. Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev də bu barədə məlumat yaysa da bir gün sonra yanlışlığa görə üzr istəyib.report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar