Xəbər lenti
Kərə yağından heykəllər
ABŞ-da ilk dəfə Aya uçan “Apollon-11” kosmik gəmisinin ekipajının üzvləri Nil Armstronq, Edvin Bazz Oldrin və Maykl Kollinzin kərə yağından heykəlləri hazırlanıb. Maraqlı heykəllər Ohayo ştatında keçirilən illik kənd təsərrüfatı yarmarkasında nümayiş olunub. NASA-nın hər üç astronavtının fiqurları onların natural ölçülərində hazırlanıb.
Heykəltəraşlıq kompozisiyası Amerika bayrağı və Nil Armstronqun 1969-cu ilin iyulunda Ayın səthində qoyduğu izi ehtiva edir. CNN-in reportajında bildirilir ki, kompozisiyanın hazırlanmasında 907 kiloqram kərə yağından istifadə olunub. Sinsinatti şəhərindən olan heykəltəraşlar üçün ən mürəkkəb olan isə astronavtların skafandrlarının düzəldilməsi olub. Heykəltəraşlardan biri Aleksander Balz deyib: “Düzünü desək, skafandrların düzəldilməsi bizim üçün əsl imtahan oldu. Bələd olduğun əşyaları hazırlamaq asandır, skafandrlar isə...”
Bu kompozisiyanın Ohayo fermerlərinin yarmarkasında nümayişi də təsadüfi deyil. Aya ilk ayaq basan astronavt Nil Armstronq 2012-ci il avqustun 25-də Ohayo ştatının Sinsinatti şəhərində anadan olub. Yarmarkada kərə yağından düzəldilmiş digər heykəllər də nümayiş olunub. Buradakı inək və buzov heykəllərinin qulağında da “Apollon-11” yazılıb.Azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar