Xəbər lenti
İvanişviliyə qarşı savaş: Sistem tezliklə dəyişəcək
Gürcüstanı bir nəfər idarə edir.
Manevr.az xəbər verir ki, bunu jurnalistlərə açıqalmasında “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze deyib.
Onun sözlərinə görə, Gürcüstan bataqlıqda çirklənib, ölkəni yenidən qurmaq lazımdır:
“Mən yaxşı gördüm ki, ölkə hansı bataqlıqdadır. Mən cəhalətin pik səviyyəsini gördüm. Bu o deməkdir ki, bizim dövlətimiz yoxdur, institutlarımız süqut edib. İnstitutlaşdırmanı yenidən yaratmaq lazımdır.
Bir həftə əvvəl bəyan etdim ki, aktiv ictimai hərəkat təsis edirəm və onun planları haqqında tezliklə xəbərdar olacaqsınız. Hərəkatda Gürcüstanı sevən, azadlıq uğrunda mübarizə aparan yeni nəsil olacaq. Bu gün biz ölkəni bir insanın institutlaşma olmadan idarə etdiyi situasiyadayıq. Siz kimin dirijor olduğunu bilirsiniz. Mən mübarizə aparacağam ki, bu bataqlığı dəyişim. Bu sistem tezliklə dəyişəcək. 2012-ci ildə nəyinsə dəyişdiyini düşünən aldadılmış xalq başqa bir çətinliyə düşdü. Biz iki çətinliyin qurbanı olduq. Bu, bitəcək”.
Qeyd edək ki, bundan öncə Xazaradze və “TBC Bank”ın digər təsisçisi Badri Caparidze hökumət tərəfindən çirkli pulların yuyulmasında ittiham olunub. Onların hər ikisi məhkəmə tərəfindən 700 min lari girov qarşılığında azad olunub və ölkəni tərk etmələrinə qadağa qoyulub.
Xazaradze İvanişvilinin keçmiş müttəfiqidir. Ölkənin ikinci ən güclü şəxsi sayılan Xazaradze İvanişvili ilə birgə Saakaşvilinin hakimiyyətdən getməsində aktiv rol oynayıb.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar