Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-ın ardından Bəhreyn də edam hökmlərini icra edir

Tarix: 27-07-2019 21:26     Baxış: 3182 A- / A+
ABŞ-ın ardından Bəhreyn də edam hökmlərini icra edir

ABŞ-ın ardından Bəhreyn Krallığında da edam hökmlərini icra etməyə başlayıblar.

Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Krallığın baş prokuroru Əhməd Əl Həmmadi iyulun 27-də məhkəmənin barələrində ölüm hökmü çıxardığı üç nəfərin edam edildiyini bildirib.

Bəhreynin rəsmi xəbər agentliyi (BNA) bildirib ki, Krallığın Ali Məhkəməsi terrorçu qruplaşmaların üzvü olan və qətllərdə, terror aktlarının həyata keçirilməsində təqsirli bilinən üç gəncin edam cəzasına məhkum edilməsi barədə əyalət məhkəməsinin 2017-ci ildə verdiyi qərarı təsdiq edib.

Qeyd olunub ki, insan hüquqları müdafiəçiləri Bəhreyndə ölüm hökmünün ləğv edilməsi tələbi ilə bir neçə dəfə etiraz aksiyaları keçiriblər. BMT-nin ekspert qrupu da bu ölkədə təriqət zəminində qarşıdurmalarda iştirak edənlərin barəsində edam cəzası verilməsindən narahatlığını ifadə edib. Vurğulanıb ki, Bəhreyndə şiələrə qarşı təqib halları son illərdə daha da güclənib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar