Xəbər lenti
Van gölündən Urmiyə gölünə su kanalı çəkilməsi nəzərdən keçirlir
"Urmiyə gölünün bərpası layihələrini planlaşdırarkən, Urmiyə Gölünü Canlandırma Mərkəzi gölə su köçürmək üçün 4 təklif irəli sürmüşdü."
Bu sözləri Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini Məsud Təcrişi YJC xəbər agentliyinə deyib.
Urmiyə gölünə Araz çayından və Xəzər dənizindən kanal çəkilməsi də nəzərdən keçirilib.
"Araz Çayından Urmiyə Gölünə su kanalı çəkmək layihəsi bu təkliflərdən biridi, ancaq bu layihə maliyyə baxımdan xeyli baha başa gəlirdi," o bildirib.
Manevr.az bildirir ki, Təcrişi nəzrdən keçirilən potensial su mənbələri arasında Xəzər dənizinin də olduğunu lakin Xəzərin kimyəvi xüsusiyyətinin Urmiyə gölünə uyğun gəlmədiyi qənaətinə gəlinib.
"Əgər Xəzər dənizindən Urmiyə Gölünə su çəkilərsə, bu, gölün ömrünü 50 ilə qədər azalda bilər ancaq heç bir su çəkilmədiyi halda bu gölün ömrü 500 ilə qədər uzana bilər," deyə o əlavə edib.
"Digər bir təklif, suyun başqa bir ölkədən çəkilməsi idi. Van Gölündən Urmiyə Gölünə su çəkilməsi variantlardan biri idi. Van Gölü orta dərinliyi 500-600 metr olan bir göldür və son illər ərzində dərinliyində böyük fərq müşahidə olunmur." Təcrişi deyib.
İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini təklifin rəsmi Ankaradan qaynaqlandığını deyib. Belə ki, İrandan fərqli olaraq Türkiyədə su bolluğu mövcuddr.
"Gölün gələcəyi ilə bağlı məlumatımız yoxdur və tədqiqat nəticələrinə görə, 2050-ci ildə gölə axan su miqdarı 25% azalacaq" dedi. Temperaturun 2 dərəcəyə qədər yüksəldiyi təqdirdə yağış azalacaq və su köçürmənin bütün variantlarını nəzərə almalıyıq," Təcrişi bildirib.
İran rəsmisi Vandan Urmiyə gölünə su köçürülməsinin hələlik araşdırma mərhələsində olduğunu və hələlik konkret əməliyyat proqramının olmadığını söyləyib.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar