Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada hərbçilər üçün xüsusi telefon buraxıldı

Tarix: 27-07-2019 08:57     Baxış: 3199 A- / A+
Rusiyada hərbçilər üçün xüsusi telefon buraxıldı
Rusiyanın “BQ” smartfon brendi hərbi qulluqçular üçün “BQ 2432 Tank SE” düyməli mobil telefonunu təqdim edib.
O, diktofon, fləş toplayıcı, fotokamera, “Bluetooth” dəstəyi, internet və MMS çıxışının quraşdırılmaması daxil olmaqla 2019-cu ildə Rusiya ordusunda icazə verilən qurğular üçün bütün tələblərə tam cavab verir.

Qurğu Rusiya ordusunun özünəməxsusluğunu qeyd etmək üçün xüsusi hazırlanan ciddi dizaynı, eləcə də yüksək möhkəmliyi və uzun müddət avtonom iş vaxtı ilə seçilir.

240 × 320 piksel təsvir ölçülü 2,4 düym diaqonallı “QVGA” displeylə təchiz olunan mobil telefon gözləmə rejimində eyni anda işi dəstəkləyən SİM kartlar üçün iki çıxışa malikdir.

Bundan başqa, “BQ 2432 Tank SE” iki fənər, dinamik və bir neçə həftə ərzində təkrar enerji toplamadan işi təmin edən 2500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Yeni qurğunun korpusu plastikdən hazırlanıb və metal vintlərlə möhkəmlədilib, enerji doldurma çıxışı isə toz, çirk və sudan mühafizə üçün rezin qapaqla qorunur.

“BQ 2432 Tank SE” mobil telefonunun qiyməti 26,79 dollar təşkil edir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar