Xəbər lenti
Lukaşenko: “Pula görə Moskva ilə münasibətləri pozmaram”
Latviya əmin olsun ki, suveren dövlətlə münasibət saxlayır, lakin rəsmi Minsk heç bir pul qarşılığında qardaş Rusiya ilə əlaqələri pozmayacaq.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bir qədər əvvəl Minsk və Moskvanın inteqrasiyasından ölkəsinin narahatlığını ifadə edən Latviya XİN rəhbəri Edqar Rinkeviçin açıqlamasına cavab olaraq deyib.
“Biz Qərbi Avropa, ümumiyyətlə, Avropa İttifaqı (Aİ) və ABŞ-la mehriban münasibətlər istəyirik. Aİ və ABŞ-ın hansı anlama gəldiyini başa düşürəm, ancaq heç bir halda hansısa pullara görə qardaş Rusiya ilə münasibətləri pozmayacağıq. Ən azından mən Prezident olduğum müddətdə bu, baş verməyəcək. Bura bizim Rusiyamızdır, bizim insanlarımızdır. Onlar bizə hörmət edir. Burada Belarus Prezidentinin reytinqi 60 faizə çatır. Niyə çətin vaxtlarda bizə həmişə dəstək olan ölkəyə çəpəki baxaq? Ancaq bu Qərb, Şərq və Çinlə münasibətdə prinsipial maraqlarımızdan güzəştə gedəcəyimiz anlamına gəlmir”, - deyə Lukaşenko bildirib.
Lukaşenko qeyd edib ki, belə şey heç vaxt baş verməyəcək: “Bizim kimdənsə asılı olmağımız barədə fikirlərə qulaq asmamağınızı istəyirəm. Dünya qarşılıqlı asılılıqdan ibarətdir: siz kimdənsə asılısınız, biz kimdənsə asılıyıq, bizdən isə kimlərsə asılıdır. Latviya, Litva, Estoniya barədə bunları deyə bilərəm – biz böyük dövlətlər deyilik. Hərçənd kiçik dövlətlər də olmur, çünki bütün xalqlar bərabərdir. Biz bu nöqteyi-nəzərdən də çıxış edirik: ərazisi və ya əhalisi böyük olan dövlət hakim ola bilməz, mən bunu ümumiyyətlə qəbul etmirəm”, - Lukaşenko vurğulayıb.virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar