Xəbər lenti
Fətullah Gülən ölüm ayağında - Təfərrüat
Türkiyənin tanınmış ictimai xadimi "Sisi" ləqəbli Seyhan Soylu FETÖ lideri Fətullah Gülənin ölüm ayağında olduğunu iddia edib.
Manevr.az xəbər verir ki, bu barədə danışan Soylu hər 15 iyul günü Pensilvaniyada yerləşən Fətullah Gülənin malikanəsinin önünə gedərək etiraz aksiyası keçirdiyini bildirib.
Sonuncu dəfə malikanənin önünə getdiyi zaman qəribə durumla qarşılaşıb. Belə ki, o, Pensilvaniya Universitet Xəstəxanasının önündən keçərkən başı örtülü dua edərək ağlayan qadınları gördüyünü, ancaq buna elə də məhəl qoymadığını söyləyib.
O, malikanənin önünə gəldikdən sonra geri qayıdarkən yanacaq stansiyasına döndüyünü, orada benzin dolduran iordaniyalı bir nəfərdən Güləni tanıyıb-tanımadığını soruşduğunu bildirib.
İordaniyalı isə Güləni tanıdığını, hətta onunla tanış olduğunu deyib. Belə ki, o, Gülənin müsəlmanları iftar süfrəsinə çağırdığı vaxt onunla tanış olduğunu söyləyib. Daha sonra o qeyd edib: "Gülən 3 gün öncə xəstəxanaya yerləşdirilib, 15 gün öncə də malikanədən silah səsləri eşidilib. Çox sayda da polis toplanmışdı. Heç burada bu qədər polis görməmişdik. Onsuz da Gülən çox xəstədir. Ramazanda əlləri tit-tir titrəyirdi".
Gülənin xəstəxanada yatdığını öyrənən Soylu dərhal oraya gedib və FETÖ liderinə görə toplaşan insanların arasına qatılıb. Öyrənib ki, Gülən mədəaltı vəzi xərçəngidir. 3 dəfə xəstəxanaya yerləşdirilib və hazırda da vəziyyəti ağırdır.
"Sisi" eşitdikləri ilə kifayətlənməyib və xəstəxanaya daxil olaraq Güləni ziyarət etmək istədiyini bildirib, ancaq ona ailə üzvlərinin ziyarət edə biləcəyi söylənilib. Bununla da Gülənin xəstəxanaya yerləşdirildiyinə əmin olub.
Qeyd edək ki, daha öncə də F.Gülənin öldüyü barədə xəbərlər yayılmışdı.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar