Xəbər lenti
Donald Trampla Böyük Britaniya səfirinin arasını 19 yaşlı jurnalist vurub
Məlum olduğu kimi, Böyük Britaniya səfiri Kim Derrokun ABŞ prezidenti Donald Tramp və onun administrasiyası haqqında neqativ fikirləri mətbuata sızmış, bunun nəticəsində diplomat öz vəzifəsi ilə vidalaşmalı olmuşdu. Məsələ iki ölkə arasında siyais qalmaqalı belə yaradıb.
Manevr.az xəbər verir ki, bu məsələnin ortaya çıxmasında 19 yaşlı jurnalist Stiven Edminqtonun rolu olub.
“The Daily Mail” qəzetinin əməkdaşı sayılan Stiven Edminqton özünü həmin məxfi məlumatların sızmasının əsas qaynağı adlandırıb.
Onun sözlərinə görə, bu onun “şərəfli jurnalist işi”nin nəticəsidir və hər hansı sui-qəsd nəzəriyyəsi ilə bağlı deyil.
Jurnalistin dediyinə görə, ilk öncə o, “Brexit”lə bağlı mülki xidmətin hazırlığı ilə bağlı aradşırma aparırmış. İşin gedişində o, dövlət məmurlarının ölkənin Avropa Birliyindən çıxması ilə bağlı fikirlərini öyrənirmiş.
Həmin vaxt bir qaynaq ona Kim Derrokun Böyük Britaniyada təhlükəsizlik sahəsində çalışan Mark Sedvilə məktubunu oxuyub. Məhz həmin məktubda Derrok Ağ Evin rəhbəri haqqında “ürək sözlərini” açıqlayıb.
Gənc jurnalist bununla bağlı olaraq materialları girə mətbuat analitiki İzabel Oukşottla çalışıb. İlk öncə redaksiya S.Edminqtonu adını göstərməyi lüzum bilməyib. Daha sonra isə ölkənin xüsusi xidmət orqanları araşdırmaçının izinə düşüb və onun şəxsiyyəti ilə maraqlanıb.
Stiven Edminqton həbs olunmaq təhlükəsini istisna etməyərək, heç bir halda mənbəyini adını açıqlamayacağını bildirib.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar