Xəbər lenti
Türkmənistan prezidenti ilə bağlı daha bir - Şok iddia
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dünyasını dəyişdiyi haqda xəbər yayılıb.
Manevr.az xəbər verir ki, bu barədə “Qovorit Moskva” nəşrinə politoloq Aslan Rubayev paytaxtdakı mənbələrə istinadən danışıb.
“Mənə məlumat verən şəxslər Aşqabadda yaşayırlar. Onlar biznesmenlərdir. Məlumatı dəqiqləşdirmək istədikdə onlar mənə dedilər: xidmət orqanlarında çalışan tanışlar var, onlar deyirlər ki, belədir. Məzuniyyətə çıxanda baş verib”, - Rubayev bildirib.
Qeyd edək ki, informasiya rəsmi qaydada təsdiq və ya inkar edilməyib. Bundan öncə isə Q.Berdiməhəmmədovun Vikipediyasında 21 iyul ölüm tarixi kimi göstərilsə də, az sonra bu məlumat silinib.
***
“Xronika Türkmənistan” saytının məlumatına görə, prezidentin ortaya çıxmamasının səbəbi anası Oğulabad Berdiməhəmmədovanın səhhətinin pisləşməsi ilə əlaqədardır.
Qəzetin iddiasına görə, o artıq 10 gündür ki, Almaniyada Türkiyədən gətirilmiş xüsusi həkimlər tərəfindən müalicə edilir.
Onun səhhəti stabil-ağırdır.
Bundan əlavə, türkmən müxaliflər prezidentin təyyarəsinin Almaniyada göründüyü iddia ediblər.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar