Xəbər lenti
40 ildir nə saçını yuyur, nə də kəsir

Yaşlı kişini bunu ona Tanrının tapşırdığını iddia edir
Saçlarınızı yumadan necə gün dayana bilərsiz? 3 gün, maksimum 1 həftə? Hindistandakı bir kişi isə düz 40 ildir ki, saçlarına su vurmur. Bundan başqa bu illər ərzində saçlarının ucuna belə qayçı vurdurmayıb.
63 yaşlı Dev Tuddu Bihar vilayətinin Munger adlı ərazisində yaşayır. Onun saçının uzunluğu 1,8 metrə çatır.
Tuddunun iddiasına görə, 40 il öncə yuxuda Tanrı ona səslənib və bir daha əsla saçlarını kəsməməyi və yumamağı tapşırıb. Maraqlıdır ki, onun ətrafında olanlar da yaşlı kişinin müqəddəs şəxs kimi qəbul edirlər.
31 il boyunca meşə idarəsində çalışan kişi arvadı, 6 uşaq və 7 nəvəsi ilə birlikdə yaşayır.
Tuddu öz bölgəsinin tanınmasında da xeyli iş görüb. Belə ki, bura onunla şəkil çəkdirmək, tanış olmaq üçün hər gün yüzlərlə insan gəlir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar