Xəbər lenti
Türkiyənin reytinqi aşağı düşdü - SƏBƏB

Beynəlxalq reytinq agentliyi "Fitch” Türkiyənin xarici valyutada uzunmüddətli emitentinin defolt reytinqini (EDR) "BB”-dən "BB-” səviyyəsinə endirib. Reytinq üzrə proqnoz isə mənfidir.
Bu barədə agentliyin saytında yerləşdirilən press-relizdə bildirilir.
"Fitch” mütəxəssisləri reytinq qərarına təsir edən həlledici amillər sırasında Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkayanın tutduğu vəzifəsindən uzaqlaşdırılmasını, İstanbulda bələdiyyə sədri seçkilərinin yenidən keçirilməsini, eləcə də Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasını misal gətirirlər.
Agentlik xəbərdarlıq edir ki, S-400-ü əldə etməsi sayəsində Türkiyə sanksiyalara məruz qala bilər. İstənilən sanksiya isə ölkə iqtisadiyyatına təsir göstərə bilər.
Məlumatda bildirilir ki, Türkiyənin suveren reytinqinə baxış cari il noyabrın 1-ə planlaşdırılırdı.
"Lakin "Fitch” düşünür ki, ölkədə baş verən hadisələr qrafikdən yayınmağı tələb edir”, - deyə məlumatda bildirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































