Xəbər lenti
Adnan Oktara 870 ildən çox həbs cəzası istənilib
Türkiyədə “Adnan hoca” adı ilə tanınan və özünü din alimi kimi təqdim edən dələduz Adnan Oktar və onun cinayətkar dəstəsi barədə aparılan istintaq başa çatıb.
Manevr.az xəbər verir ki, A.Oktara fərqli ittihamlarla ümumilikdə 870,5 ilədək həbs cəzası istənilib. O, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunub.
Qeyd edək ki, Adnan Oktar bir il əvvəl 168 müridi ilə birgə həbs olunub.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar