Xəbər lenti
Putin bu dəfə İtaliyanı qarışdırdı - GİZLİ SƏS YAZISI YAYILDI
İtaliyanın iqtidarda olan Liq partiyası rəhbərlərinin Rusiya rəsmiləri ilə qeyri-qanuni ticarət danışıqları ortaya çıxıb.
Manevr.az xəbər verir ki, İtaliya Daxili İşlər Naziri Matteo Salvinin başçılıq etdiyi Liq partiyası Rusiyadan maddi dəstək istəyib. Yeni yayılan 1 saatlıq səs yazısında iki ölkə arasındakı neft ticarəti qarşılığında Rusiyanın Liq partiyasına milyonlarla dollar verəcəyi bildirilir. Gizli danışıqlara əsasən Rusiyanın İtaliyaya il ərzində 1,5 milyard dollar dəyərində 3 milyon ton neft satacaq, əvəzində isə “xüsusi endirimlər” vasitəsilə Liq partiyasının hesabına ümumilikdə 65 milyon avro köçürüləcək.
Qeyd edək ki, son bir ildir ki, İtaliya mətbuatı iqtidarda olan bu partiyanın qeyri-qanuni fəaliyyətlərindən yazır. Bəhs edilən səs yazısının yayılması ilə ölkə daha da qarışıb. Çünki, İtaliya qanunlarına görə heç bir siyasi partiya xarici ölkələrdən maddi dəstək ala bilməz. Mövzu ilə bağlı siyasətçilər bildirib ki, hökumətdə təmsil olunan bir partiyanın qanunları bu cür tapdalaması və xarici ölkələrdən dəstək istəməsi olduqca qorxulu haldır.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar