Xəbər lenti
Zelenski hərbi paradı ləğv etdi - SƏBƏB - VİDEO
Ukrayna prezidenti Vladimir Zelenski hər il avqustun 24-də ölkədə Müstəqillik günü münasibəti ilə keçirilən hərbi paradı ləğv edib.
Ukraynalı lider bunun səbəbini "Facebook"dan paylaşdığı videomüraciətdə izah edib.
"Adətən avqustun 24-də, Ukraynanın Müstəqillik günündə bizdə cah-calallı və bahalı olmayan hərbi parad keçirilir. Mənə elə gəlir ki, bu il bu paradın əvəzinə bu pulları bizim qəhrəmanlara, hərbçilərə ayırsaq daha yaxşıdır və biz bütün hərbçilərimizə 300 milyon qriven (19925207.31 AZN) ayırmağa qərar verdik”, - lider videoda deyib.
Zelenski qeyd edib ki, ödənişləri kursantlar, serjantlar, zabitlər, yəni Donbasda hərbi əməliyyatlar zonasında tapşırıqlar yerinə yetirən bütün hərbi qulluqçular alacaq. O əlavə edib ki, avqustun 24-də Kiyev Müstəqillik gününü yeni formatda qeyd edəcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar