Xəbər lenti
Ərdoğan təhlükəli mövzuda danışanda deyirəm ki... - Borisov
Bolqarıstan Baş naziri Boyko Borisov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təhlükəli məsələlərdən söz açanda ona nə dediyindən bəhs edib.
Manevr.az xəbər verir ki, Sarayevoda Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi təşkilatının toplantısına qatılan Borisov keçirdiyi mətbuat konfransında Ərdoğan barədə bunları qeyd edib:
"Ərdoğan hər hansı təhlükəli məsələdən danışmağa başlayanda ona "Heç vaxt, heç vaxt, ehtiyac yoxdur" deyirəm. Bilirsiniz, dindir, bütün məscidlərin təmiridir - bunlar sevdiyi mövzulardır. Gəlin gözləyək, indi hər şey qaydasındadır. Lazım olduğu qədər inkişaf edək və inşa edək".
Borisov Ərdoğanla iki ölkə arasında ticarətin həcmini artırmaq barədə razılaşdıqlarını vurğulayıb:
"Türklər çox xoş, diqqətli, nəzakətli insanlardır. Bütün əmtəələri Bolqarıstandan keçdiyinə görə ölkəmiz onlar üçün çox əhəmiyyətlidir və bizi sevirlər. Hazırda aramızdakı ticarət həcmi 5.1 milyard dollara çatır və biz Ərdoğan ilə bunu 10 milyard dollara qədər artırmaq məsələsində razılaşdıq".axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar