Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kadırov Putini təhqir edəni təhqir etdi: “Qorxaq və nacins”

Tarix: 09-07-2019 07:37     Baxış: 3159 A- / A+
Kadırov Putini təhqir edəni təhqir etdi: “Qorxaq və nacins”

Çeçenistan rəhbəri Ramzan Kadırov dünən “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədən jurnalist Georgi Qabuniyanı “qorxaq və nacins” adlandırıb.

“O, nə Qafqaz oğludur, nə kişidir, nə də dağlıdır. Qafqazda kişi hətta öz qan düşməninin ünvanına belə elə sözlər deməz. Qabuniya anadəngəlmə qorxaq və nacins məxluqdur. Bu gürcü xalqının və Gürcüstanın rüsvayçılığıdır”, – Kadırov əlavə edib.

Onun fikrincə, baş vermiş hadisə jurnalistin şəxsi təşəbbüsü deyil, telekanalın və ya maraqlı şəxslərin planlaşdırılmış gedişidir. “Yoxsa Qabuniyanın mikrofonu canlı efirin ilk dəqiqələrindəcə kəsilərdi”, – Kadırov şərh edib.

Çeçenistan rəhbəri hesab edir ki, aparıcı Putinlə birlikdə bütün rus xalqını təhqir edib. O deyib ki, Gürcüstanın prezidenti və baş naziri rəsmi və publik şəkildə üzrxahlıq etməlidir, aparıcıya qarşı isə cinayət işi açılmalıdır.

“Əks halda üç gündən sonra Gürcüstana gedən və Gürcüstandan gələn bütün yollar və cığırlar bağlanacaq. Qabuniya özünü yeddi hasar arxasında gizlətməlidir, çünki ona ilk rast gələn onun başına layiq olduğu şeyi gətirəcək”.konkret.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar