Xəbər lenti
Vanqanın 2019-cu il proqnozları
Bolqar kahin Vanqa 1996-cı ildə dünyasını dəyişsə də, onun öncəgörmələri bu gün də müzakirə edilir.
Manevr.az bildirir ki, bəzi alimlər də hətta onun öncəgörmələrinə inanırlar. Çünki Böyük Britaniyada Breksit, İŞİD terrorçuları, 11 sentyabr faciəsi, Rusiyanın "Kursk" sualtı qayığının məhvi barədə Vanqa əvvəlcədən məlumat vermişdi.
"The Sun" qəzeti bəşəriyyəti 2019-cu ildə nələrin gözlədiyini araşdırıb.
Vanqanın öncəgörmələrinə əsasən, ABŞ prezidenti Donald Trampı sirli xəstəlik gözləyir. Siyasətçinin qulaqlarında səs və ürəkbulanması ortaya çıxacaq və o, kar olacaq. Analoji simptomlar artıq Kuba və Çindəki amerikalı diplomatlarda üzə çıxıb. Vanqanın fikrinə əsasən, bu gizli silahın təsiri və ya müntəzəm dinləmələrin mənfi təzahürü kimi də ortaya çıxa bilər. Bundan başqa ABŞ prezidentinin qohumlarından biri ciddi yol qəzasına düşəcək.
Asiyanın bir hissəsi təbii fəlakət nəticəsində xəritədən silinəcək. Rusiyanı isə meteorit yağışı gözləyir.
Vanqanın öncəgörmələrinə əsasən, 2028-ci ildə planetimizdə qlobal aclığın kökü kəsiləcək. 2256-cı ildə isə insanlar Marsda koloniya yaradacaqlar. Nüvə dövlətinə çevriləcək bu koloniya Yerdən müstəqilliyini tələb edəcək./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar