Xəbər lenti
Qızlarını zorladığı üçün öldürülən erməni ilə bağlı şok detallar - Rusiya ayağa qalxdı
Hər 3 qızının istintaq ifadələri ortaya çıxdı
Rusiyada bir erməni kişinin üç qızını zorlaması və buna görə sonuncular tərəfindən qətlə yetirilməsi işində şok detallar üzə çıxıb.
Qızlar təcavüzkar atalarına yataqda öncə sprey sıxıb, daha sonra isə bıçaqlayaraq öldürüb. Qızlar mətbəxdən götürdükləri bıçaq və çəkiclə dəfələrlə onun üzünə vurublar. 36 dəfə bıçaqlanan adamın öldüyünə əmin olanda isə polisə zəng vuraraq cinayət barədə məlumat veriblər.
Bacılardan 19 yaşlı Kristina və 18 yaşlı Ancelina qəsdən adam öldürmə ittihamı ilə 20 ilə qədər həbs oluna bilər. Yetkinlik yaşına çatmayan kiçik bacı Mariya üçün isə 10 il həbs cəzası tələb olunur.
Rusiyada yaşayan Mixail Xaçaturyan illər öncə arvadı Aurelia Dunduka qarşı psixoloji və fiziki şiddət tətbiq etməyə başlayıb. Əri Aurelia Dunduku tez-tez beysbol ağacı ilə döyürdü. Şiddətə məruz qalan qadın polisə getdiyini, amma ona heç kimin yardım etmədiyini bildirib. Buna səbəb ərinin polis orqanlarında yaxın dostlarının olması idi. İllər boyunca davam edən sui-istismarın ardınca 2016-cı ildə Mixail Xaçaturyan arvadını evdən qovub. Aurelia Dundukun evdən getməsi ilə çəkdiyi əziyyət bitməyib. Dundukla ayrılmasına baxmayaraq, onu dəfələrlə təhdid edən Mixail Xaçaturyan "Sənə toxunan və ya səninlə danışan olsa, öldürərəm” hədəsini tez-tez təkrarlayırdı. O, keçmiş arvadının heç kimlə ünsiyyət qurmasını istəmirdi.
Bu hadisədən sonra hekayənin qan donduran hissəsi başlayıb. Ana evdən getdikdən sonra cani ata Kristina, Anjelika və Mariyaya yönəlib. Xaçaturyan qızlarına bildirib ki, onlar analarının yerini alacaqlar: "Sizinlə evlənəcəm və uşaqlarımı doğacaqsınız”. Mütəxəssis arayışında manyak erməni barədə aşağıdakı ifadələr yer alıb: "Qızlara onun qabağında soyunmalarını əmr edirdi. Daha sonra uşaqlarına ona toxunmalarını tələb edirdi”. Cani ata eyni zamanda fərqli silahlardan istifadə edərək, qızlarına işgəncə verib. Onları həm də ev işlərini gördürmək üçün istifadə edən ata, təmizliyi və yeməkləri bəyənmədiyi zaman onların evin bir küncünə sıxışdırır və orada təcavüz edirdi.
Qızlarını zaman-zaman silahı ilə təhdid edən Mixailo tapançasına aid qurşunlar da evin divarlarından tapılıb. Qızlar anaları ilə evdən gedəndən sonra görüşsə də, onu incitmək istəmədikləri üçün heç nə deməyiblər. Erməni bacıların ifadələrində ağlasığmaz iddialar var: "İstədiyi hər şeyi etməyə məcburduq. Pəncərəni belə özü açmaz, bizə açdırırdı. Ona qul kimi xidmət etməyimizi istəyirdi. O, çağırdığı anda gəlməmizi istəyirdi. Xüsusi bir zınqırovu vardı. Zınqırov çalanda dərhal yanına getmək zorunda qalırdıq. Əsl cəhənnəm də ondan sonra başlayırdı”.Ortaq hərəkət edərək, atalarını öldürdüklərini etiraf edən bacılardan Kristina Moskva polisinə verdiyi ifadəsində bildirib ki, "ona nifrət edirdik. Getməsini və əsla geri qayıtmamasını istədik”. Qızlar hadisənin baş verdiyi gün atalarının onları bıçaqla təhdid etdiyini dedi.
Erməni bacıların vəkilləri isə cinayət işinin təkrar araşdırılmasını və baş vermiş hadisənin qətl kimi yox, müdafiə kimi araşdırılmasını tələb edir. Vəkillər həqiqi qurbanın qızlar olduğunu deyirlər. Vəkillərdən Aleksey Parşin isə qızların yaxşı vəziyyətdə olduğunu bildirdi. Hazırda qızların hər biri fərqli bir qohumunun yanında qalır. Onların küçəyə çıxmasına və bir-birləri ilə münasibət qurmalarına icazə verilmir. Avqustda baş tutacaq məhkəmə prosesinə qədər bu şərtlər altında yaşayacaqlar.
İnsan haqları müdafiəçisi Anna Rivina bu cinayət işi haqqında deyib ki, "bir qadının özünü qorumağa çalışmasının ölməkdən daha çətin olduğu bir ölkədə yaşayırıq”. Cinayət işi ilə paralel Moskvada etiraz aksiyaları başlayıb. Keçən həftə yüzlərlə insan Təhlükəsizlik Qurumunun İstintaq Heyəti Mərkəzinin qarşısında toplanmışdı.
Fəallar isə demək olar ki, hər gün toplaşmağa davam edir. Dünya miqyasında isə Rusiya səfirlikləri və konsulluqlarının qarşısında etirazlar baş tutur./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar